"Qarabağla qarşıdakı matçda "Senderyuske ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq. 

Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagenin baş məşqçisi Stal Solbakken Danimarka superliqasında "Senderyuskeyə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib. "Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik - deyə o vurğulayıb.

Xatırladaq ki, "Kopenhagen - "Qarabağ matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.