"Ümumilikdə ölkənin bank-maliyyə sistemində bu gün çalışan 10-a qədər birinci və ikinci şəxslər var ki, mənim kadrlarımdır".

Unikal.org bildirir ki, bu sözləri sabiq Maliyyə naziri Fikrə Yusifov "Yeni Müsavat"a geniş müsahibəsində deyib. O, qeyd edib ki, Kənd təsərrüfatı naziri Heydər Əsədovu  müəllimlikdən gətirib nazir müavini təyin etdirib:

"Praktik olaraq hökumətdə təmsil olunan çoxları ilə təmaslarım, əlaqələrim var. Çoxu mənim kadrlarımdır. Kənd təsərrüfatı naziri Heydər Əsədov mənim müəllimlikdən gətirib nazir müavini təyin etdirdiyim adamdır. Səlim Müslümov eyni qaydada. Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıqov mənim müşavirim olub. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, sosial müdafiə nazirinin müavini İdris İsayev mənim həm tələbəm olub, həm də kadrım. Ümumilikdə bank-maliyyə sistemində bu gün çalışan 10-a qədər birinci və ikinci şəxslər var ki, mənim kadrlarımdır".