SON XƏBƏRLƏR
21 Yanvar 2018
20 Yanvar 2018
Aleksandr Səmədov üzr istədi
İDMAN 15:11 / 20.08.2017
Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov "Spartak" - "Lokomotiv" oyununda (3:4) iki sarı vərəqə alaraq, meydandan qovulub. O, meydandan qovulana qədər komandası hesabda öndə olub. Səmədov ikinci sarı vərəqəni simulyasiyaya görə alıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Səmədov oyundan sonra azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib.

"Azarkeşlərimizdən, məşqçilər korpusundan, komanda yoldaşlarımdan üzr istəyirəm. Mənə görə komanda məğlub oldu. Mən qırmızı vərəqəni haqq etmişdim. Bir daha hər kəsdən üzr istəyirəm".