Bu gün Ağcabədi rayonunda avtomobil yanıb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisində "Mercedes" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 11:26-də yanğınsöndürənlər tərəfindən söndürülüb.