Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə muxtar respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.

Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.