Gəncə sakini bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini 1975-cı il təvəllüdlü Sərdar Məmmədov hələ ki, məlum olmayan şəraitdə bıçaqlanıb. O xəstəxanaya getmək üçün sükan arxasına əyləşib. Çoxlu qan itirən sürücü yolda idarəetməni itirib və maşın şəhərin Nizami Gəncəvi küçəsində qəzaya uğrayıb.

Ağır bədən xəsarətləri alan S. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Bundan başqa avtomobildə olan qadın, 1963-cü il təvəllüdlü Mehriban Məmmədova da müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.