Ağdamda avtomobil piyadanı vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayon sakini Ələkbər Nəcəfov idarə etdiyi 02 BK 156 dövlət nömrə nişanlı "VAZ 2107 markalı minik maşını ilə 32 yaşlı Mehdiyev Elnur İsa oğlunu vurub. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər E.Mehdiyevin vəziyyətinin orta ağır olduğunu bildirib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.