"Neftçi"ni "Kəpəz"lə oyuna Elşad Əhmədov hazırlaşdıracaq.

Paytaxt klubunun saytında yerləşdirilmiş məlumata görə, "Neftçi Premyer Liqanın III turu çərçivəsində "Kəpəz klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək.

Komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

Qeyd edək ki, "Neftçi - "Kəpəz matçı avqustun 25-də "Bakcell Arenada keçiriləcək.