Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. 

Unikal.org-un məlumatına görə, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə qarşılaşıb.

Matç komandamızın asan qələbəsi ilə yekunlaşıb. 2 şahmatçımız lövhədən heç-heçə ilə ayrıldığı halda, digərləri rəqibini mat edib.

Azərbaycan - Almaniya - 4:1
Nərmin Xələfova (2239) - Yelizabet Paeş (2469) - 0,5:0,5
Gülnar Məmmədova (2357) - Sara Hult (2449) - 1:0
Ülviyyə Fətəliyeva (2323) - Yelena Levuşkina (2311) - 0,5:0,5
Zeynəb Məmmədyarova (2277) - Heynemann (2284) - 1:0
Xanım Balacayeva (2282) - Fiona Sieber (2277) - 1:0
Qeyd edək ki, avqustun 26-dək komandalar arasında daha 4 oyun baş tutacaq.