Bakının Neftçilər prospektində fəaliyyət göstərən mağazada baş verən yanğın söndürülüb.

Unikal.org bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hadisə mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın olub. Alov mağazanın digər hissəsinə də keçib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən "Dolce & Gabbana" mağazasında baş verib.

13:59

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Neftçilər prospekti ilə Yusi Məmmədəliyev küçəsində fəaliyyət göstərən "Dolce & Gabbana mağazasında qeydə alınıb.

Daha sonra isə "GUCCİ mağasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.