Türkiyənin tanınmış aktrisası Meral Konrat Bakıya gəlib.

Unikal.org xəbər verir ki, "Təhminə filmi ilə Azərbaycanda məşhurlaşan kino ulduzu ATV-də yayımlanacaq "Xoş söhbətlər verilişinin çəkilişlərində iştirak edib.

M. Konrat Bakıdan lentə aldığı fotolarını instaqram səhifəsində paylaşıb.

Xatırladaq ki, layihənin aparıcısı əməkdar artist Məlahət Abbasovadır. Proqram sentyabr ayından etibarən yayımlanmağa başlayacaq.