ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: "Velmur Management PTE LTD şirkəti ilə bağlılığı olan İrina Xyuiş, "Gefest-M və "Korea Tangun Trading Corporation şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.
Moskva şəhərində qeydiyyatda olan "Gefest-M şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın "Tangun ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.
Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var.