Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə avqustun 18-də axşam vaxtı paytaxtın Binəqədi rayonu ərazisində baş vermişdi. 85 saylı avtobusun sürücüsü Gülağa Xudaverdiyev ərazi üzrə 7-ci polis bölməsinə məlumat verib ki, avtobusa minən şəxlərdən biri onu və sərnişinləri silahla hədələyib. Hadisənin baş verməsinə səbəb kimi isə o, dayanacaqdan kənarda avtobusu saxlamaması üstündə olduğunu deyib. Hətta həmin vaxt sürücü avtobusun təhlükəsizlik kamerasına düşən görüntüləri belə polisə təqdim edib.

Binəqədi rayon polis idarəsi və 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılan Orxan əməlini etiraf edib. O, hadisədən əvvəl spirtli içki qəbul etdiyini deyir.