Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.

Unikal.org report-a istinadən xəbər verir ki,  yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi "Zaporojets markalı avtomobillə vurub.

Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.