Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə, anasını isə yaralamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, hadisı Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Həmin zaman E.Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E.Sadıqov 6 ay əvvəl həbsdən çıxıb. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.