Ötən il Azərbaycanda boşananların 45,5 faizi gənc qadınlar, 25,6 faizi isə gənc kişilər olub.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər ki, ötən il gənc analar tərəfindən doğulan uşaqların sayı 6,5 faiz artıb və bütövlükdə doğulan körpələrin 81,2 faizi gənc ailələrdə dünyaya gəlib.

Məlumata görə, Azərbaycanda gənclərin 48,5 faizini qadınlar təşkil edir.

Gənclərin 50,9 faizi şəhər yerlərində, 49,1 faizi isə kənd yerlərində yaşayır.