Azərbaycanlı məşhurların bəziləri avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Unikal.org-un big.az-a istinadən qəzada həyatlarını itirən məşhurların siyahısını təqdim edir.

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Azərbaycanın tanınmış reperi Hüseyn Dərya 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq, xəstəxanada dünyasını dəyişib.

"Yeni Ulduz - 2 musiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Bayramova Samirə Afət qızı 24 yaşında, 26 sentyabr 2014-cü ildə avtomobil qəzasında ölüb.

"Çal-çağır verilişində Böyükxanım obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.