Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu çərşənbə axşamı Bağdada gəlib.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki,  bu gün o İraqın şimalındakı Kürd muxtariyyətinin paytaxtı Ərbilə baş çəkəcək.

M.Çavuşoğlu səfəri çərçivəsində İraq prezidenti Fuad Məsumla, baş nazir Hayder əl-Abadi və həmkarı İbrahim əl-Cəfəri ilə görüşəcək.

Ərbildə M.Çavuşoğlunu Kürd muxtariyyətinin başçısı Məsud Barzani qəbul edəcək.