Yol polisinin Quba rayonunda keçirdiyi reyd gecə saatlarına qədər davam edib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, 2 sürücü avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə, 42 sürücü isə digər qayda pozuntularına görə cərimələnib.

Bəzi avtomobillər müvəqqəti olaraq dayanacağa aparılıb.

Turistlərin daha çox üz tutduğu Qubada reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.