Dövlət Yol Polisi əməkdaşları Masallı rayonunda reyd keçirib.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, Masallı-Yardımlı yolunda təşkil edilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda sükan arxasına əyləşən və digər qayda pozuntularına yol verən xeyli sürücüyə rast gəlinib. Sərxoş halda avtomobil idarə edən bir sürücü pivəni spirtli içki saymır.

Sərxoş halda sükan arxasına əyləşən digər bir sürücü isə çəkiliş qrupuna hücum etməkdən də çəkinməyib. Təhlükəsizlik kəməri taxmadığı üçün saxlanılan sürücü isə etirazını söyüş söyməklə bildirib.

Reyd zamanı 60 sürücü barəsində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, ağsaqqal sürücünün reyd zamanı etdiyi bu hərəkət sosial şəbəkələrdə izləmə rekordu qırıb.