Qaraçuxur qəsəbəsində küçədə yaşadığı deyilən Lidiya Qrişinanın yaşamını işıqlandırmaq qərarına gəldik.

Unikal.org Baku.ws-ə sitinadən xəbər verir ki, L.Qrişina ilə söhbətimiz zamanı məlum oldu ki, qadın nə az, nə çox düz 15 ildir, küçədə yaşayır.

1985-ci ildə çalışdığı Təkər zavodundan ona verilən mənzil 2002-ci ildə bir qaçqın ailəsi tərəfindən mənimsənilib.

Qadının dediyinə görə, əvvəl onu yatızdırıb evi əlindən alıblar, sonra isə Psixiatrik Xəstəxanaya yerləşdirilib. O həm də bütün sənədlərinin əlindən alındığını, təqaüdünü belə köhnə pasportuna əsasən aldığını iddia edir.