"Təmiz hava" aylığı çərçivəsində Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları rayon ərazisində reydlər keçirib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, əsas hədəf isə sükan arxasına sərxoş əyləşən sürücülər olub. Amma bir neçə saat davam edən kütləvi yoxlanış zamanı belə hal qeydə alınmayıb.

Əvəzində isə əsas qayda pozuntuları sərnişindaşıma ilə bağlı olub. Qaydalara əməl etməyən sükan sahiblərinə cərimə yazılıb.