Yeni televiziya mövsümündən etibarən Turan İbrahimovun müəllifi və aparıcısı olduğu "ATV SƏHƏR" proqramı öz fəaliyyətini davam etdirəcək.

Bildiyiniz kimi, bu ilin may ayının ikisində "ATV SƏHƏR" proqramının yayımı dayandırıldı. Proqramın qəfil fəaliyyətini dayandırması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olmuşdu.

Turan İbrahimov isə bir neçə dəfə açıqlamalarında bildirmişdi ki, hər şey qaydasındadır, sadəcə vaxtından bir ay əvvəl məzuniyyətə çıxdıq.

Unikal.org Enter.News saytına istinadən "ATV SƏHƏR"-in beşinci mövsümünün möhtəşəm anonsunu təqdim edir: