Bakının Badamdar qəsəbəsində mağazada oğurluq hadisəsi baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə 24.07.2017-ci il tarixində qeydə alınıb. Mağazanın kassasından günün günorta vaxtı işçi heyətinin başının qarışıq olduğundan istifadə edib xeyli pul oğurlanıb.

Mağaza sahibi Daxili İşlər Nazirliyinin 102 qaynar xətti vasitəsi ilə müraciət edib. Lazım olan video və fotoşəkillər hüquq mühafizə orqanlarına təqdim edilib. Hadisədən bir aydan çox vaxt ötməsinə baxmayaraq oğrunu tapmaq mümkün olmayıb.