Paytaxt sakinin tilovuna qeyri-adi balıq düşüb.

Unikal.org bildirir ki, Hövsanda balıq ovuna çıxan şəxsin tilovuna düşən balığın iki ağızı olub. Balıqçının marağına səbəb olan kadrlar votsap nömrəmizə göndərilib.

Biz də bu qeyri-adi balığın belə olmasının səbəblərini araşdırdıq.

Zoologiya İnstitutunun elmi işçisi Namiq Musatafayev bu hadisənin nadir olduğunu bildirir. Belə halların baş verməsinin isə bir sıra səbəbləri var.

Zooloqlardan fərqli olaraq, ekoloqlar balıqlarda baş verən bu hadisənin daha çox sulardaki cirklənmə ilə əlaqədar olduğunu bildirirlər.

Amma hər iki mütəxəssis belə halın heç də yaxşı bir mənzərə olmadığını bildirir. /xezerxeber.az