Rusiyanın paytaxtı Moksvada avtomobil kirayəsi ilə məşğul olan bir şirkətin rəhbəri Viktor Sırovatkanın başına gələn hadisə geniş rezonans doğurub. Belə ki, o, 3 aylıq icarəyə verdiyi "Hunday solaris" markalı avtomobilinin təxminən 1 ay sonra Bakıya qaçırıdlığını müəyyən edib. Maraqlısı budur ki, sahibkar qaçırılmış avtomobilini geri almaq üçün şəxsən özü paytaxtımıza gəlib.

Unikal.org xezerxeber-ə istinadən bildirir ki, avtomobillərin icarə verildiyi məkana daxil olan Rusiya vətəndaşı avtomobili 3 aylıq icarəyə götürmək istədiyini bildirib. Bunun üçün lazım olan bütün sənədləri və bəri başdan 3 aylıq icarə haqqını şirkətə təqdim edib.

Bir ay sonra isə sahibkar Viktor Sırovatka gözləmədiyi bir nüansla rastlaşır. O, avtomobilində yerləşdiyi iki JPS cihazının birinin Moskavadan, digərinin isə Rostov şəhərindən siqnal verdiyini müşahidə edir və avtomobilinin qaçırıldığını başa düşür.

Avtomobili qaçıran cinayətkar saxlnac yerində olan JPS aparatını başqa bir avtomobilə yerləşdirsə də, baqaj hissəsində olan digər cihazdan xəbəri olmayıb.

İcarədar Sırovatka polisə avtomobilin qaçırıldığına dair məlumat verir və özü də bu işin arxasına düşür. Rostova gəlib çıxan Viktor aydınlaşdırır ki, avtomobil artıq bu şəhərdən də çıxıb və təxminən 1300 kilomtr məsafədə Azərbaycanın paytaxtı Bakı şəhərindədir.

Beləliklə o, sərhədi keçərək Bakıya gəlir. Çox keçmədən qaçırılmış avtomobil Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın hüquq mühafizə orqanlarının yardımı, habelə JPS cihazının köməkliyi ilə tapılır.
Aparılan araşdırma zamanı saxlanılan şəxsin eyni üsulla 30-a yaxın avtomobili Bakıya gətirdiyi və saxta sənədlərlə vətəndaşlara satdığı məlum olub.

Maraqlısı budur ki, şirkətin sahibi avtomobili Rusiyaya qaytaran zaman sərhəddə heç bir sorğu-sualla qarşılaşmayıb. Halbuki, o, bir müddət əvvəl avtomobilinin oğurlandığı barədə Rusiya hüquq-mühafizə orqanlarına məlumat verib. Yəni avtomobil axtarışda olub, bununla belə maşını ikinci dəfə sərhəddən sərbəst keçirmək mümkün olub.