Qurban bayramında diri heyvanla bərəbər, kiloqramla qurban əti satanlar da olub.

Unikal.org bildirir ki, ət kəsimi məntəqələrinin demək olar ki, əksəriyyətində kiloqramla satış həyata keçirlib. Satıcıların sözlərinə görə, əvvəlki günlərə nisbətən bu gün alıcıların sayı artıb. Təlabat çox olsa da qiymətlər stabil olaraq qalıb.

Hər alıcı isə büdcəsinə uyğun olaraq kiloqramla ət alıb.

İlahiyyatçılar isə bildirirlər ki, qurbanlıq ətin kiloqramla satılması İslam dinində düzgün hal sayılmır.

 

İlahiyyatçılar həmçinin bildirirlər ki, imkanı olan şəxsin qurban kəsməməyi də düzgün deyil. Yaxşı olar ki, imkanı olan şəxslər qurban kəsib, ehtiyacı olanlara paylasınlar.