Ötən gün baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, Bakı-Ələt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində yolda hərəkət məhdudlaşdırılıb. Yanan avtomobil FHN əməkdaşları tərəfindən söndürülüb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.