Türkiyənin Adıyaman vilayətində çoban qoyunlarını otararkən yaylağda yaralı halda dağ keçisi tapıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, çoban Erdal Dəyirmançı dağ keçisini kürəyinə ataraq 17 kilometrlərlik yolu qət edərək evinə gətirib.
Hazırda çoban keçini sağaldıqdan sonra yenidən təbiətə buraxmaq istəyir.
Artıq keçinin almaq istəyənlərində sayı durmadan artır.
Amma Erdal onu satmaq niyyətində deyil, əksinə onu vəhşi təbiətə buraxmaq qərarına gəlib.