Samuxda bıçaqlanma olub.

Unikal.org-un apa-ya verdiyi məlumata görə, rayonun Alabaşlı kənd sakini, 1995-ci il təvəllüdlü Heydərov Ramiz Afiz oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisəyə səbəb toy məclisində musiqi sifarişi üstündə həmkəndlilər arasında yaranan mübahisə olub.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.