Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlər bu dəfə də diqqəti üzərilərinə çəkiblər.

Unikal.org-un məlumatına görə, ərəblərin bu dəfəki videosu Bakı aeroportunda çəkilib.

Belə ki, hava limanında ərəblər dondurma alıblar və həmin dondurmanın bir hissəsi yerə tökülüb.

Buna baxmayaraq ərəblər keflərini pozmayıblar. Qaşıq götürüb yerdə oturaraq həmin dondurmanı yeməyə başlayıblar.

Onların bu hərəkəti ətrafdakı insanların marağına səbəb olub.