Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Unikal.org-un məlumatına görə, beşinci yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.

42 kq
1/8 final - Nikolas Skinner (ABŞ) - Əlihəsən Əmirli

50 kq
1/16 final - Mohamed Al Amine Lakel (Əlcəzair) - Mahir Məmmədzadə

58 kq
1/16 final - Turan Bayramov - Didar Nuraxmet (Qazaxıstan)

69 kq
1/8 final - Davud İbrahimov - Masaki Sato (Yaponiya)

85 kq
1/8 final - Batmaqnai Enxtuvşin (Monqolustan) - Fuad Mayılov

Qeyd edək ki, yeniyetmə güləşçilərin dünya çempionatında idmançılarımızdan Qurban Qurbanov (42 kq), Şahanə Nəzərova (38 kq) qızıl, Zaur Əliyev (50 kq) və Nihad Məmmədli (46 kq) gümüş medal qazanıblar. 40 kq çəkidə yarışan Ayşən Yusifova bu gün bürünc medal uğrunda görüşə çıxacaq. Onun həlledici qarşılaşmada rəqibi Ukrayna təmsilçisi olacaq.