Bakı sakini qonşusunu güllələyib.

Unikal.org-un Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədilməsini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-12 markalı tüfəngi təhvil verib.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.