Sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun "VAZ-2107 markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb.

Unikal.org DİN-dən verilən məlumata görə, qurumun Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal RPİ 29-cu PB-yə təhvil verilib.