"Qarabağ"ın "Çelsi" ilə İngiltərədə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin I tur matçı üçün təyinatlar açıqlanıb.

Unikal.org-un məlumatına görə, sentyabrın 12-də keçiriləcək qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub.

Çempionlar Liqası, qrup mərhələsi
C qrupu
22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Tasos Sidiropulos
Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis
Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
London, "Stemford Bric" stadionu