Azərbaycanda ilk dəfə ən dəbdəbəli və ən bahalı serial ekranlara gəlir. 

Unikal.org xəbər verir ki. ölkənin tanınmış aktyorları və kino simalarının yer aldığı "Şirin xəyallar adlı serialın təntənəli təqdimat mərasimi keçirilib.

Kriminal-detektiv dram janrında lentə alınan serialın rejissoru Faiq Kərimoğlu, prodüseri Cavanşir Hadıyevdir. Filmdə baş rolları Cavanşir Hadıyev və Mələk Abbaszadə ifa edir. Xalq artistləri Şamil Süleymanov, Səidə Quliyeva, Ayan Mirqasımova, əməkdar artistlər Mələk Abbaszadə, Abbas Qəhrəmanov, Gülzar Qurbanova, Xalidə Quliyeva , gənc aktrisa Ayla Hadıyevanın rol aldığı film ilin kino hadisəsi kimi tarix yazacaq.

Səhər çox xoşbəxt və dəbdəbədə yaşayan bir xanım axşam artıq təcridxanadadır. Həyatın gözlənilməz sürprizi və hüquq mühafizə orqanlarının düzgün istintaqı... Bütün baş verənlərdən serialı izləyərək xəbərdar olacaqsız.