Piyada keçidini bildirən nişan sərt döngədə quraşdırılıb.

Unikal,org bildirir ki, görüntülər Sumqayıt şəhəri Heydər Əliyev prospektindəndir. Yoldakı sərt döngədə piyada keçidi salınıb. Nişan sərt döngədə və ağacların arasında quraşdırılıb. Bu da sürücülərin nişanı görmələrinə mane olur.

Sürücülər piyada keçidinin sərt döngədə qoyulmasını düzgün hesab etmirlər. Bildirirlər ki, sürücü hansı sürət həddini seçməsindən asılı olmayaraq, həmin keçiddə təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də mövcud piyada keçidinin yerinin dəyişdirilməli olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, bəzi sürücülər ərazidə piyada keçidinin olmasından belə xəbərsizdir. Bu da qəza şəraitini qaçılmaz edir.

Sumqayıt şəhər "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən isə məsələyə münasibət bildirən olmadı. /xezerxeber.az