Son günlər işıq sürəti ilə yayılan yazılı və səsli mesajlar hər kəsi təlaşa salıb.

Unikal,org bildirir ki, söhbət "vatsap" vasitəsi ilə göndərilən kosmosdan gələn hansısa təhlükə ilə bağlı xəbərdarlıq və ya guya içkilərin virus yayması ilə əlaqədar olan SMS-lərdən gedir. Kimisi belə mesajlara görə əsəb keçirir, kimisi də təşvişə düşür və narahat olur. İstənilən mobil operator istifadəçisinə bu tip bezdirici SMS-lər "vatsap" vasitəsilə göndərilir.

Elə hüquqşünaslar da deyirlər ki, ümumi auditoriyaya ünvanlanan bu cür SMS-lərlə bağlı qanunvericilkdə müəyyən boşluqlar var. Yəni konkret olaraq bu məsələni nə cinayət məcəlləsində. Nə də inzibati xətalar məcəlləsində tənzimləyən bir norma ver. Sözügedən qanunvericilklərdə terrorçuluqla bağlı yalan məlumat vermə, ixtisaslaşmış qurumları hadisə yerinə yalandan çağırmaq və s bu kimi hallar üçün məsuliyyət nəzərdə tutulur. Bəs o zaman bu kimi mesajlarla insanların böyük əksəriyyətini təngə gətirənləri hansısa cəza gözləyirmi?

Lakin insanlara bu SMS-lər vasitəsilə mənəvi zərbə vurulur. Çünki həssas qrupa məxssus insanlar var ki, belə paylaşımlara inanır və hansısa bədbəxt hadisənin baş verəcəyini gözləyirlər. və yaxud da tam əksi. ""Bir neçə gündən sonra sizi xoşbəxt edəcək bir hadisə baş verəcək"" - cümləsi ilə bitən mesajlar da var. Məsələnin maraqlı tərəfi isə odur ki, belə smsləri insanların bir birinə göndərməsi üçün müəyyən şərtlər qoyulur və ya inandırıcı hansısa sözlər yazılır. Hər halda bu tip kütləvi mesajları yayanlar barədə hansısa tədbirlər görülməlidir:

Əks təqdirdə bu tip mesajların sayı da, auditoriyası da çoxalacaq. /xezerxeber.az