Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nəsimi Allahverdiyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 56 yaşlı Mail Sabir oğlu Həsənzadə naməlum şəxs tərəfindən 2 bıçaq yarası alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.