"Prezidentin qərarı onların əllərini soyudacaq" - Zahid Oruc (MÜSAHİBƏ)

11 Sentyabr 2017 [14:18]


Xəbər verdiyimiz kimi, "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı tapşırıq verib. Bundan başqa ölkə başçısı cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum edilmiş Aleksandr Lapşinin həbsdən azad olunması üçün sərəncam imzalayıb. Hər iki şəxs azad olunublar. 

Bütün bu məsələlərlə bağlı Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Oruc Unikal.org-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik.

-Zahid bəy, istərdim Lapşinin azad olunması ilə bağlı dövlə başçısının sərəncamına münasibət bildirəsiniz...

-Azərbaycan prezidenti müstəsna hüquqi səlahiyyətlərə malikdir. O, istər əfv, istərsə də digər hümanist tədbirlər vasitəsilə ölkə və xarici vətəndaşların həyatına müsbət təsir edə biləcək addımlar ata bilir. 10 illər ərzində biz ölkənin birinci şəxsi tərəfindən belə bir siyasətin aparılmasının şahidi olmuşuq.
Lapşin hadisəsi Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının qorumasının tərkib hissəsi idi. Bizim bu məsələdə davamız konkret bir şəxsə qarşı yönəlməmişdi. Uzun illər ərzində Azərbaycanın ərazisini müstəqilləşdirmə uğrunda separatçı müharibəyə baş vuruldu. Bundan ötrü Ermənistanla birləşərək işğalçılıq siyasətini yürüdən tərəf daha sonra öz mövqeylərini xarici aləmdə möhkəmləndirmək üçün geniş miqyasda ora səfərlər edilirdi.

Lapşin də bu səfərlərdə Azərbaycan qanunlarını kobud şəkildə pozmuşdu və buna görə cəzalandırıldı. Hesab edirəm ki, belə vaxtda əfv qərarının verilməsi çox güman ki, Lapşinin törətdiyi cinayəti etiraf etməsi, bundan dərin peşmançılıq çəkməsi və həmçinin gələcək dönəmdə ədalətli mövqe tutacağı ilə əlaqədardır.

Əlbəttə, biz atılan addımların alt qatında dayanan bütün məsələləri dərindən bilmirik. Düşünürəm ki, cənab prezidentin bundan əvvəlki dönəmlərdə sərt və prinsipial şəkildə mövqeyi, bu məsələdə hüquq-mühafizə orqanlarının Belarusiya ilə danışıqlar aparılması ilə bağlı ciddi iradənin göstərilməsi də ölkə başçısının adı ilə bağlı idi.

Lapşinin həbsi Ermənistan hakimiyyətinə də ciddi zərbə vurdu. Düşmən ölkədə hesab edirdilər ki, Lapşinin həbsi işğal etdikləri torpaqlara səfər edənlərə də mənfi təsir göstərəcəkdir.
Hesab edirəm ki, burada bir daha belə zəmanətlər mümkündür ki, Azərbaycan qanunları Lapşin və onun timsalında digər şəxslər vasitəsilə pozulmayacaqdır.

- Prezidentin köməkçisi Əli Həsənov Lapişinin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atması ilə bağlı açıqlama verdi. Ola bilərmi ki, onun səhətində ciddi problemlər yarandığı üçün Lapşin ölkə rəhbəri tərəfindən azad olunsun?

-Əlbəttə, Azərbaycanın hüquq sisteminə təsir göstərmək üçün müxtəlif məhbuslar və yaxud konkret olaraq istintaq fəaliyyətində olan insanlar var. Belə hadisələrdə təkcə Lapşin deyil, digərlərinin də təzyiq vasitəsinə əl atıldığının şahidi olmuşuq. Bunun ən geniş yayılmış formalarından biri kimi intihara cəhdir. Lakin bu hadisə Lapşin kimi adamların haqlılığına dəlalət etməz. Azərbaycanın Lapşin kimi adamlardan tələbi çox sadədir.
Bizim ölkə beynəlxalq məkana açıqdır. Ölkəmiz dünyada birinci və ya ikinci ölkələrdəndir ki, 15 dəqiqə ərzində viza verməklə əcnəbiləri ziyarət etməyə imkan verir. 5 dəqiqə ərzində bunu internet üzərindən həyata keçirmək mümkündür. Lakin ölkəmizin vətəndaşları xaricə səfərlər etmək üçün sözügedən ölkələrin səfirlik və konsulluqlarında günlərlə ayaq döyürlər ki, viza alsınlar. Hörmətli Əli müəllimin də açıqlaması bir daha ona dəlalət edir ki, Azərbaycan başlanğıcdan son ana qədər hüquqa dayanıqlı olubdur. Bütün bunlar ölkəmizin mənafelərini qorumaq üçün edilib. Əlbəttə, biz Qarabağ davasını Lapşin üzərindən aparmırdıq. Ölkə başçısı Lapşini əfv edib və bu addım Azərbaycanın mənafelərinin birinci yerdə qərarlaşmasına şərait yaradır. Lapşinin İsrailə təhvil verlməsi onu göstərir ki, bundan sonra Azərbaycanın sərhədləri Lapşin və bu kimi adamlar tərəfindən pozulmayacaq. Kimsə Qarabağa getmək istəyirsə, ölkəmiz tərəfindən icazəni alıb bunu reallaşdıra bilər.

-Bu arada Prezident İlham Əliyev "Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib...

-Mehman Əliyevin azadlığa buraxılması onu gösətirir ki, biz uzun illər prezidentin media münasibətlərinin dostluq şəraitində olduğunun şahidi olmuşuq. Bu gün Qərb mediasında bu dostluğu Azərbaycanının siyasi sisteminin ayağına günah kimi yazmaq istəyənlər var. Hər hansı bir şəraitdə Kütləvi İnformasiya Vasitəsi (KİV) dövlət əleyhinə mübarizənin səngərinə çəkilirsə, oradan böyük bir fəaliyyət aparmağa qalxırsa, bu halda onlar mükafatlara layiq görülürlər. Gördüyünüz kimi bu adamlardan mühacirlər düzəldirlər. Azərbaycan dövlətinin öz millətinin təmsilçilərinə, media nümayəndələrinə verdiyi mükafat onların azadlıqlarının məhdudlaşdırılması sayılır, əksinə Avropadan verilən maliyyə yardımları, mühacir statusları isə ərmağan olur. Mehman Əliyev Azərbaycanının tanınmış jurnalistlərindən biridir. Prezident bu məsələdə də ölkəmizin əleyhinə seçilən məsələləri görməkdədir. Mehman Əliyevin azadlığa çıxması ölkəmizin əleyhinə sistemli fəaliyyət göstərənlərin əllərini soyudacaq və belə bir fürsəti onların əlindən alacaqdır.



Amid Əyyuboğlu







SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM