"Neftçi komandasının yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar Tərlan Əhmədova həvalə olunub.

46 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilik karyerasına 2009-cu ildə başlayan T.Əhmədov "Xəzər Lənkəranda Ağasəlim Mircavadovun, "Neftçidə isə Böyükağa Hacıyevin köməkçisi olub. Daha sonra isə Bəxtiyar Musayev və Kamal Quliyevlə birgə "ağ-qaralara rəhbərlik edib. 2013-cü il oktyabrın 24-də "Neftçidən ayrılan mütəxəssis, 2014-2017-ci illərdə AZAL-a ("Şüvəlan) başçılıq edib. "Təyyarəçilər ötən mövsümün yekununa əsasən, I diviziona düşdükdən sonra postunu tərk edib.