ARB televiziyası daha bir maraqlı layihə ilə tamaşaçıların qarşına çıxacaq.

Unikal.org xəbər verir ki, daima gündəmdən düşməyən və cəlbediciliyi ilə tamaşaçıların hər zaman diqqət mərkəzində olan müğənni Günel Ələkbərova (Pişik Günel) ARB TV-də aparıcılıq edəcək.

Müğənni "Yeməyə nə var? adlı layihədə aparıcılıq edəcək və fərqli qonaqları ilə birlikdə maraqlı müzakirələr aparacaq.

Artıq proqramın anonsları da yayılmağa başlayıb.