İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev tanınmış aktyor, mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovu işdən çıxarmaq istəyir.

Unikal.org "Ölkə.Az"-a istinadən xəbər verir ki, Piriyev Zeynalovun işdən çıxmaq haqda ərizəsini almaq üçün baş mühasib Şahnaz Fərəcovaya göstəriş verib.

Qərara etiraz edən M.Zeynalov isə Əmək Müfəttişliyinə müraciət edib. Yalnız müfəttişliyin müdaxiləsindən sonra Piriyev məşhur aktyorun oğlunu işdən çıxartmaq qərarından vaz keçib.

Qeyd edək ki, İ.Piriyev səhhəti ilə əlaqədar müalicə olunduğu üçün M.Zeynalovu işdən çıxartmaq istəyirmiş.