ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından narazıdır. 

Unikal.org-un "TASS-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin "S-400 komplekslərinə görə artıq ilkin ödəniş etməsi barədə xəbəri şərh edərkən Pentaqonun rəsmi nümayəndəsi Conni Maykl bildirib.
"Biz məsələ ilə bağlı rəsmi Ankaraya narahatlığımızı ifadə etmişik. Bu məsələ ilə bağlı Türkiyə ilə açıq dialoq aparırıq və hərbi texnikaların, silahların alınması proqramlarının icrası zamanı NATO çərçivəsində operativ uyğunluğun saxlanılmasının vacibliyini vurğulamışıq, - deyə Conni Maykl qeyd edib.

"Türkiyə NATO-nun əsas müttəfiqidir. Hərbi satınalmalar sahəsində ABŞ və Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədə qalmaqdadır. Türkiyə raketdən müdafiə sahəsindəki tələbatlarını ödəmək üçün ABŞ da daxil olmaqla, NATO üzrə müttəfiqlərinin istehsalı olan raket əleyhinə sistemlərə maraq göstərməkdə davam edir, deyə Conni Maykl bildirib.