Aktyor Jan-Klod Van Dammın kiçik oğlu Nikolas Van Varenberq həbs olunub.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, 21 yaş gənc hazırda Arizona ştatının Temp rayonundakı həbsxanada saxlanılır.

Nikolas narkotik maddədən istifadə etdiyi və qonşusu bıçaqla hədələdiyi üçün həbs olunub.

Belə ki, aktyorun oğlu yaşadığı binada lifti yumruqlayaraq səs-küy yaratdıqdan sonra qonşular polisə xəbər veriblər. Polis liftkəki qan izləri ilə Varenberin yaşadığı mənzilə gəliblər. Orada axtarış zamanı mənzildən narkotik maddə və bıçaq tapıblar. Məlum olub ki, gənc oğlan bıçaqla qonşusunu hədələyibmiş.

İnsidentlə bağlı aktyor açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Van Dammın Byanka adlı bir qızı Kristofer, Nikolas adlı iki oğlu var. Byanka və Kristofer atalarının yolunu davam edirlər.