Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb.

Unikal.org  report.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ələt qəsəbəsində 1963-cü il təvəllüdlü Əbilov Zülfüqar Cavad oğlu dostu ilə mübahisə edib. Mübahisə zamanı dostu (hələlik adı açıqlanmır) Z.Əbilova iki bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.