Gürcüstandan ölkəyə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrükdə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, ön panelin içərisində 2 ədəd "Samsung Galaxy J5-6" və 2 ədəd "Samsung Galaxy Grand Prime+" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.