"Mənə heykəl və ya portret düzəltməyə ehtiyac yoxdur"

Unikal.org bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcən Tayyib Ərdoğan Türkiyədə Bələdiyyə başçılarını toplantısında deyib.

Ərdoğan vurğulayıb ki, bir neçə gün öncə bələdiyyə sədrlərin biri heykəl düzəltdirdiyini və bunun mediada işıqlandırıldığını deyib: "Bu heykəli görüb çox üzüldüm. Mənə heykəl qoymaq lazım deyil. Bütün bələdiyyələrdən xahiş edirəm ki, heykəl üçün deyil, xidmət üçün çalışsınlar. Bütün bələdiyyə başçılarına taprşıq verirəm ki, bir daha belə hallara yol verməsinlər".