Bakıda sərnişin avtobusu qəfil alışıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, Qara Qarayev metrosu yaxınlığında 36 nömrəli sərnişin avtobusunun arxa hissəsi od tutub yanmağa başlayıb.

Hadisənin görüntülərindən aydın olduğu kimi yanğın zamanı sərniinlər nəqliyyat vasitəsində olmayıb. Sərnişinlər təhlükəni əvvəldən bilib avtobusu tərk ediblər. Ətrafdakılar vedrələrlə su gətirərək yanğını söndürməyə çalışıb.

Hadisənin görüntüsünü təqdim edirik: