Dünyada ən qonaqpərvər olmayan ölkələr Əfqanıstan, Şimali Koreya, Somali, Suriya və Türkmənistan hesab edilir.

Unikal.org-un məlumatına görə, bu, "Passport Index reytinqində qeyd olunub.

Reytinqdə yer almış məlumata görə, bu ölkələrə heç bir ölkədən viza olmadan getmək olmaz.

Reytinqdə ikinci yerdə Anqola qərarlaşıb. Bu ölkəyə yalnız Namibiya vətəndaşları vizasız daxil olmaq hüququna malikdir.

Üçüncü sırada isə Butan, Ekvatorial Qvineya, Eritreya, İraq və Liviya yer alıb. Bu ölkələrin hər biri yalnız 3 ölkə vətəndaşlarına vizasız daxilolma icazəsi verib.

Qeyd edək ki, bir müddət əvvəl ən qonaqpərvər ölkələrin reytinqi açıqlanmışdı. Qeyd olunmuşdu ki, Komor adaları, Kot-d-™İvuar, Qvineya-Bisau, Madaqaskar, Maldiv adaları, Mavritaniya, Mikroneziya, Mozambik, Samoa, Seyşel adaları, Şərqi Timor, Toqo, Tuvalu və Uqandaya dünyanın bütün ölkələrinin vətəndaşları vizasız daxil ola bilər.